Cənubi Koreya millisinin baş məşqçi Yurgen Klinsmann istefaya göndərilib.
Bizim.Media “BBC”yə istinadən xəbər verir ki, Asiya kubokundakı uğursuz nəticəyə görə bu qərar verilib.
Cənubi Koreya yığması turnirin yarımfinalında İordaniyaya məğlub olub – 0:2.
Almaniyalı mütəxəssis ötən ilin fevralında milliyə baş məşqçi təyin edilmişdi. Onun müqaviləsi DÇ-2026-nın sonuna qədər idi.
Rəşad Rafiqoğlu, Bizim.Media