“Güləş üzrə Avropa Çempionatında daha bir ilkə imza atdıq!”
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov rəsmi “X” hesabında bildirib.
“Mariya Stadnik 10-cu dəfə Avropa çempionu tituluna sahib çıxaraq, bizi qürurlandırdı. Alyona Kolesnik isə karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionu ünvanını qazandı. Təbriklər, Mariya! Təbriklər, Alyona! Təbriklər, Azərbaycan güləşi!”, - deyə M. Cabbarov qeyd edib.



Bizim.Media