"Liverpul"un müdafiəçisi Trent Aleksander-Arnold qeyri-müəyyən müddətə sıradan çıxıb.
Bizim.Media "The Times" nəşrinə istinadən xəbər verir ki, futbolçu fevralın 4-də İngiltərə Kuboku matçında məşq zamanı dizindən aldığı zədəni ağırlaşdırıb.
O, 25 fevralda "Uembli"də "Çelsi" ilə Liqa Kubokunun finalını buraxacaq.
Bu mövsüm Aleksander-Arnold 25 oyuna çıxıb, 2 qol vurub və 9 qolun ötürməsini verib.
Bizim.Media