Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qadın güləşçilərin püşkü atılıb.
Bizim.Media xəbər verir ki, püşkə əsasən Azərbaycan idmançılarının da ilk rəqibləri bəlli olub.
Bu növ üzrə mübarizəyə bu gün start veriləcək. Fevralın 14-də güləşçilərimizdən Mariya Stadniklə (50 kq) Alyona Kolesnik (59 kq) çempionata qoşulacaq.
50 kq
1/4 final
Mariya Stadnik – Emma Lutteno (Fransa) / Milana Dadaşova (AİN)
57 kq
Təsnifat mərhələsi
Jalə Əliyeva – Erika Boqnar (Macarıstan)
59 kq
1/4 final
Alyona Kolesnik – Ramina Mamedova (Latviya) / Katerina Jidaçevska (Rumıniya)
62 kq
1/8 final
Birgül Soltanova – Qreys Bullen (Norveç)
65 kq
Təsnifat mərhələsi
Elis Manolova – Nikoleta Barmpa (Yunanıstan).
Rəşad Rafiqoğlu, Bizim.Media