"Maynts" yeni baş məşqçi müəyyənləşib.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, sözügedən vəzifəyə bu həftəyə qədər "Sürix"i çalışdıran Bo Henriksen təyin edilib.
Danimarkalı mütəxəssislə 2026-cı ilin iyununa qədər müqavilə imzalanıb. Hazırda "Maynts" Bundesliqada 17-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Almaniya klubu dünən baş məşqçisi Yan Zivertlə yolları ayırmışdı.
Bizim.Media