“Neftçi” Azərbaycan yığmasının yarımmüdafiəçisi Emil Səfərovu transfer etmək istəyir.
Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisi futbolçu ilə bağlı əyalət təmsilçisinə rəsmi təklif göndərib.
“Neftçi” “Qəbələ”nin 21 yaşlı yetirməsi ilə uzunmüddətli müqavilə imzalamaq niyyətindədir.
Qeyd edək ki, “Qarabağ” da Emil Səfərova maraq göstərir.
Rəşad Rafiqoğlu, Bizim.Media