“Sabah” klubu Murad Musayevi istefaya göndərəndən sonra hələ də baş məşqçi postuna təyinatı həyata keçirməyib.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, klubun danışıq apardığı məşqçilərdən biri də Aleksandr Kerjakovdur.
Onun sonuncu klubu Serbiyanın “Spartak” klubu olub. Ötən ilin noyabrında isə klub rəhbərliyi Kerkakovu istefaya göndərib.
Qeyd edək ki, Kerjakov Rusiyada “Tom”, “Nijni Novqorod”, həmçinin Kiprin “Karmiotissa” klublarında da çalışıb.
Rəşad Rafiqoğlu, Bizim.Media