Bu gün Azərbaycan Basketbol Liqasında XIV tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, turun son oyunu Xaçmazda baş tutub. "Xırdalan" uğurlu seriyanı səfər matçında da davam etdirib. Komanda səfərdə NTD-İNDİQO-nu məğlub edib.
Oyuna meydan sahibləri yaxşı başlasalar da, qonaqlar ikinci periodda üstünlüyü ələ keçiriblər.
Sona yaxın NTD-İNDİQO 9 xallıq fərqi minimuma endirsə də, bundan artığına gücü çatmayıb. 84:80 hesabı ilə qalib gələn "Xırdalan" qələbə seriyasını 5-ə yüksəldib.
XIV tur
11 fevral
14:00. NTD-İNDİQO - "Xırdalan" - 80:84 (20:19, 18:20, 20:24, 22:21)
Xaçmaz Olimpiya İdman Kompleksi.
Rəşad Rafiqoğlu, Bizim.Media