Həndbol üzrə Azərbaycan çempionatında kişilərin mübarizəsində 9-cu tura yekun vurulub.
Bizim.Media xəbər verir ki, lider “Kür” mövsümdə ilk dəfə xal itirib. Mingəçevirdə meydan sahibləri “Qarabağ”ın müqavimətini qıra bilməyiblər.
Oyun 27:27 hesabı ilə yekunlaşıb. “Azəryol” “İdman Akademiyası” ilə görüşdə çətinlik çəkməyib. “Dəmiryolçular” 21 xal fərqi ilə üstün olublar. Turun ilk oyununda “Bakı” “Dinamo”dan güclü olub.
IX tur
Kişilər
8 fevral
Dinamo – Bakı – 20:44
10 fevral
Azəryol – İdman Akademiyası – 40:19
Kür – Qarabağ – 27:27
Rəşad Rafiqoğlu, Bizim.Media