Futbolda mavi kartın tətbiq edilməsi hələlik rədd edilib.
Bizim.Media xəbər verir ki, bu barədə FİFA məlumat yayıb.
FİFA bunun sınaq mərhələsində olduğunu və yüksək səviyyəli turnirlərdə həyata keçirilməyəcəyini açıqlayıb.
Bildirilib ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (İFAB) martın 2-də keçiriləcək Baş Assambleyasının iclasında bu məsələyə də baxılacaq.
Xatırladaq ki, bir neçə gün öncə bununla bağlı qərar qəbul edilmişdi. Yeni qərara əsasən, hakimlərlə lazımsız mübahisələrə və taktiki qayda pozuntularına görə oyunçulara mavi vərəqə göstəriləcək. Mavi kartı aldıqdan sonra oyunçu 10 dəqiqə meydandan kənarlaşdırılacaq.
Mavi kart tətbiqinin ilk olaraq İngiltərədə keçiriləcək FA kubokunda sınaqdan keçirilməsi gözlənilir.
Günay, Bizim.Media