"Beşiktaş" hücum xəttini yeni futbolçu ilə gücləndirib.
Bizim Media xəbər verir ki. istanbul təmsilçisi "Legiya"dan Ernest Muçini transfer edib.
"Beşiktaş" albaniyalı vingerlə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. Transferin dəyəri 10 milyon avrodur.
Qeyd edək ki, "Legiya" Ernest Muçini 2021-ci ilin fevral ayından "Tirana"dan transfer etmişdi.
Albaniya millisinin üzvü olan 22 yaşlı futbolçu bu mövsüm Varşava təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media