"Fənərbağça" hücum xəttini gücləndirib.
Bizim.Media xəbər verir ki, "Fatih Karagümrük"dən Sərdar Dursun icarəyə götürülüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı hücumçu mövsümün sonuna kimi "Fənərbağça"da çıxış edəcək.
Qeyd edək ki, Sərdar Dursun 2023-cü ilin yayında "Fənərbağça"dan ayrılaraq azad agent kimi "Fatih Karagümrük"ə keçmişdi. Türkiyə millisinin üzvü bu mövsüm "Fatih Karagümrük"də 22 matçda 3 qol vurub.
Bizim.Media