Bu gün Azərbaycan Basketbol Liqasında XIV tura start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə çempion məğlub olub.
"Sabah" öz meydanında "Neftçi"ni qəbul edib. Azərbaycan çempionu litvalı mütəxəssis Rimas Kurtinaytisin rəhbərliyi ilə ilk dəfə uduzub.
Qarşılaşmanın startından üstünlüyü ələ alan "ağ-qaralar" sonadək hesabda öndə olublar. Qonaq komandanın basketbolçusu Alfonso Uillis 25 xalla matçın ən məhsuldar oyunçusu olub.
Komandalar arasında ilk dövrədə keçirilən oyunda da "Neftçi" "Sabah"dan güclü olub (96:93).
Qeyd edək ki, tura yanvarın 11-də yekun vurulacaq.
XIV tur
7 fevral
19:30. “Sabah” - “Neftçi” - 87:101 (22:23, 21:28, 17:21, 27:29)




Rəşad Rafiqoğlu, Bizim.Media