"Mançester Yunayted"in sabiq qapıçısı David de Xea "Nottingem Forest"ə keçmək istəməyib.
Bizim.Media xəbər verir ki, Premyer Liqa təmsilçisi ispaniyalıya qısamüddətli müqavilə təklif edib.
Klub rəhbərliyi qapıçını inandırmağa çalışıb ki, transfer baş tutsa, daha ciddi klubların diqqətini cəlb edə bilər. Amma təcrübəli kiper bununla da razılaşmayıb.
De Xea əvvəllər Səudiyyə Ərəbistanı da daxil olmaqla bir neçə təklifi rədd etmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media