“Sabah” Misli Premyer Liqasının XXI turunda “Turun Tovuz”la matça İqor Ponomaryovun rəhbərliyi altında çıxacaq.
Bizim.Media xəbər verir ki, komanda növbəti oyuna klubun idman direktorunun rəhbərliyi altında hazırlaşır.
Fevralın 3-də gerçəkləşəcək “Sabah” – “Turan Tovuz” görüşü saat 17:30-da başlayacaq.
Qeyd edək ki, “Sabah” dünən rusiyalı baş məşqçi Murad Musayevlə yollarını ayırıb. Onun yerinə hələ yeni təyinat olmayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media