“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” daha bir itki ilə üzləşib.
Bizim.Media xəbər verir ki, müdafiəçi Adrian Marin sıradan çıxıb.
Çempionat matçında zədələnən ispaniyalı sol cinah oyunçusu əməliyyat olunub. Klubun həkimləri onun təxminən 4 həftə yaşıl meydanlardan uzaq qalmasını qərara alıb.
27 yaşlı oyunçu “Qarabağ”la hər iki görüşü buraxmalı olacaq. Daha əvvəl yarımmüdafiəçi Brumanın da zədə ucbatından ağdamlılarla matçlarda iştirak etməyəcəyi açıqlanmışdı.
Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında oyunlar fevralın 15-də və 22-də keçiriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media