Futbol üzrə Asiya Kubokunda 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, ötən gün Səudiyyə Ərəbistanı və Cənubi Koreya üz-üzə gəlib.
Əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitən matç penaltilər seriyasına gedib. Burada daha dəqiq oynayan Cənubi Koreya 1/4 finala adını yazdırıb - 4:2.
Qeyd edək ki, daha əvvəl Avstraliya, Tacikistan, İordaniya, Qətər və Özbəkistan seçmələri 1/4 final mərhələsinə vəsiqə qazanıblar.
Turnirə fevralın 10-da yekun vurulacaq.
Bizim.Media