"Barselona"nın futbolçusu Aleks Balde əməliyyat olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Kataloniya klubunun saytı məlumat yayıb.
Finlandiyada olan əməliyyat uğurlu keçib.
Xatırladaq ki, bir həftə əvvəl “Atletik”lə kubok matçında (2:4) 20 yaşlı futbolçu sağ bud nahiyəsindən ciddi zədə almışdı.O, bu mövsümün qalan hissəsini buraxacaq.
Qeyd edək ki, Balde "Barselona"nın yetirməsidir. Bu mövsüm müdafiəçi klubun heyətində bütün turnirlərdə 28 oyuna çıxıb, 1 qol vurub və 1 qolun ötürməsini verib. Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna kimi qüvvədədir.
Bizim.Media