Antonio Konte növbəti mövsümdən "Milan"ın baş məşqçisi olacaq.
Bizim.Media xəbər verir ki, italiyalı mütəxəssis "rossonyerlər"in şərtlərini qəbul edib.
Konte ilə danışıqlar aparan klub prezidentinin idman məsələləri üzrə məsləhətçisi Zlatan İbrahimoviç onun razılığını alıb. 2023-cü ilin martında "Tottenhem"dən ayrılan mütəxəssis bir ilə yaxın işsiz qalıb.
Qeyd edək ki, Konte karyerası ərzində "Aretso", "Bari", "Atalanta", "Siena", "Yuventus", "İnter", "Çelsi" və İtaliya yığmasının da baş məşqçisi olub.
Rəşad Rafiqoğlu, Bizim.Media