Bu gün Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 12 -ci turunun sonuncu oyunu baş tutub.
Bizim.Media xəbər verir ki, heyətində kifayət qədər zədəli basketbolçuları olan "Neftçi" səfərdə "Şəki" klubu ilə qarşılaşıb və 72-65 hesablı qələbəyə sevinib.
Bu qələbədən sonra paytaxt klubu yenidən 4 -cü pilləyə yüksəlib.
Ən məhsuldar basketbolçular: "Şəki" (Simeus Vebster - 15 xal, 13 ribaund), "Neftçi" (Fuqua Nils - 20 xal, 19 ribaund).
Rəşad Rafiqoğlu, Bizim.Media