Almaniyanın Münhen şəhərində atıcılıq üzrə ənənəvi 2024 H&N Kuboku start götürüb.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisi yarışda artıq ilk medalını rəsmiləşdirib.
10 m məsafəyə pnevmatik tapançadan atəşaçmada Leyli Əliyeva fəxri kürsüdə yer alıb. O, bürünc medal qazanıb. Daha bir “snayperimiz” Vladislav Kalmıkov isə finala yüksəlib.
Qeyd edək ki, 2024 H&N Kuboku yanvarın 28-də başa çatacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media