Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha iki oyunu keçiriləcək.
Bizim.Media xəbər verir ki, ilk olaraq son çempion "Qarabağ" "Kəpəz"lə üz-üzə gələcək.
Ağdam təmsilçisi 44 xalla liderdir. Gəncə klubu 17 xalla 9-cu sıradadır.
Günün ikinci matçında "Zirə" "Sabah"ı qəbul edəcək. Meydan sahibləri 30 xalla ikinci, qonaqlar 23 xalla 8-ci pillədə qərarlaşıblar.
Qeyd edək ki, turun ilk qarşılaşmasında "Turan Tovuz" evdə "Səbail"ə qalib gəlib - 3:1. XX tura yanvarın 28-də yekun vurulacaq.
Bizim.Media