Azərbaycan yığmasının sabiq müdafiəçisi Elvin Yunuszadə “İrəvan”dan ayrılıb.
Bizim.Media xəbər verir ki, cari mövsümün ilk yarısını I Liqa təmsilçisində keçirən 31 yaşlı oyunçu yenidən ölkə xaricinə yollanıb. O, karyerasını Kosovoda davam etdirəcək.
Eks "Qarabağ"lı "Fuşe Kosovo” ilə müqavilə imzalayıb. Yunuszadə yeni komandası ilə “6 ay + 1 il” formatında sözləşmə imzalayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media