Bu gün Azərbaycan Basketbol Liqasında XII tura start veriləcək.
Bizim.Media xəbər verir ki, turun ilk günündə iki matç keçiriləcək.
Öncə “Xəzri” və “Cəlilabad” klubları arasında görüş baş tutacaq. Paytaxt təmsilçisi liderlər qrupundan uzaq düşməmək üçün qələbə qazanmağa çalışacaq. “Cəlilabad” isə pley-off şanslarını saxlamaq üçün məğlub olmamaq arzusundadır.
Günün ikinci qarşılaşmasında son çempion “Sabah” “Xırdalan”ı sınağa çəkəcək. Ev sahibləri vahid liderliyi qorumaq üçün xal itirməməlidir. Son 2 oyunda qalib gələn Uğur Özdəmirin komandası isə uğurlu seriyanı davam etdirmək üçün “Sabah”a gücünü göstərməyi hədəfləyib.
Qeyd edək ki, turun digər görüşləri yanvarın 26-28-də baş tutacaq. “Sumqayıt” “Sərhədçi”ni, “Gəncə” “NTD-İNDİQO”nu, “Şəki” isə “Neftçi”ni sınağa çəkəcək.
XII tur
24 yanvar
16:00. “Xəzri” – “Cəlilabad”
“Sərhədçi” İdman Mərkəzi
19:30. “Sabah”– “Xırdalan”
“Sərhədçi” İdman Mərkəzi.
Rəşad Rafiqoğlu, Bizim.Media