Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında X turun oyunlarına start verilib.
Bizim.Media xəbər verir ki, Yüksək Liqada II dövrənin son turunun iki görüşü baş tutub.
Tura "Murov Az Terminal" və "Gəncə" qarşılaşması ilə start verilib. Bakı klubu çətinlik çəkmədən qələbə qazanaraq, liderliyə yüksəlib. Meydan shaibləri hər 3 setdə qalib gəliblər.
Autsayderlərin duelində isə "Milli Aviasiya Akademiyası" UNEC-dən güclü olub. Tələbələr növbəti dəfə asanlıqla təslim olublar. Onlar cəmi 37 xal yığa biliblər.
Qeyd edək ki, dövrəyə yanvarın 25-də yekun vurulacaq. Liderlər qrupunda yer alan "Abşeron"la "Azərreyl" üz-üzə gələcək. Oyun "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.
Yüksək Liqa
23 yanvar
17:00. "Murov Az Terminal" - "Gəncə" - 3:0 (25:15, 25:21, 25:17)
GİN-in Voleybol Mərkəzi
18:00. "Milli Aviasiya Akademiyası" - UNEC - 3:0 (25:20, 25:7, 25:10)
UNEC VK-nın idman zalı
Rəşad Rafiqoğlu, Bizim.Media