Milli komandamızın üzvü Şahruddin Məhəmmədəliyev hazırda çıxış etdiyi “Adana Dımirspor” klubunda 5 aydır ki, maaş almır.
Bizim.Media xəbər verir ki, ciddi maliyyə çətinliyi yaşayan klubda bəzi aparıcı futbolçular artıq komandanı tərk ediblər.
Digərləri isə vəziyyətin düzələcəyini gözləsə də, ödəmələr hələ də gecikir.
Qeyd edək ki, Şahruddin ötən il “Qarabağ”dan “Adana Dəmirspor” klubuna keçib.
Rəşad Rafiqoğlu, Bizim.Media