“Araz Naxçıvan” klubunun futbolçusu Turan Manafov karyerasını Türkiyədə davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, müdafiəçi qardaş ölkənin birinci liqasında çıxış edən “Manisaspor” klubundan təklif alıb.
Hazırda futbolçunun keçidi ilə bağlı tərəflər arasında danışıqlar aparılır.
Qeyd edək ki, “Manisaspor” ilin əvvəlində “Turan Tovuz”un futbolçusu Sərtan Taşkını heyətinə qatıb.
Rəşad Rafiqoğlu, Bizim.Media