Voleybolumuzun “Xarı Bülbül”ü niyə SOLDU? – ARAŞDIRMA 

“Qarabağ” futbol komandası təkcə futbolumuzun flaqmanı deyil, həm də milli qürur yerimizdir. Çünki “Qarabağ” klubu hələ 44 günlük müharibəyə qədər xalqımız və ölkəmiz üçün çox iş görmüşdü. Təkcə Azərbaycan futbolunu Avropada layiqincə təmsil etməmişdi, həm də Qarabağın qədim və əzəli Azərbaycan torpağı olmasını Qərb ictimaiyyətinə anlatmışdı. 

Ona görə də toponimlərlə bağlı brendlərin yaradılması müasir dünyada ən yaxşı təbliğat və təşviqat vasitəsidir. Təsadüfi deyil ki, son illər Qarabağ və digər qədim Azərbaycan torpaqları ilə bağlı xeyli brendlər yaradılıb. Lakin bu brendlərin çoxunun taleyi “Qarabağ”ınkı kimi uğurlu olmayıb.

“Xarı Bülbül”ün uğurlu startı
 

MÖVZU İLƏ BAĞLI:

“Xarı Bülbül” voleybol klubu fəaliyyətini dayandırdı


Məsələn, 2022-ci ildə kişilərdən ibarət “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” voleybol komandaları yaradıldı. Bu klubların yaradılması çox səsli-küylü oldu. Bundan bəzi adamlar hətta siyasi alət kimi istifadə etmək istədilər. Belə ki, 2022-ci ilin Zəfər Günündə “Xarı Bülbül” voleybol klubu yeni mövsüm üçün  idman formaları çox səsli-küylü şəkildə təqdim edildi. Kampaniyanın təşkilatçısı isə ilk idman geyimləri brendimiz olan “IL'AZERO” idi. 

Klubun ağ rəngli formalarında Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın adları, həmçinin Azərbaycanın məşhur xalçaçısı, Xalq rəssamı Lətif Kərimovun əsərlərindən milli naxışlar əks olunmuşdu. Köynəyin üzərində klubun və istehsalçı şirkətin loqosu da yer almışdı. Milli ornamentlərlə bəzədilən formada “Xarı bülbül Şuşa” sözlərinin yazılması isə klubun tarixi torpağımızı təmsil etdiyinin göstəricisi idi.

Klubun yaradıcıları o zaman dedilər ki, əsas məqsəd Şuşanın əzəli Azərbaycan torpağı olduğunu bir daha dünyaya nümayiş etdirməkdir. Kifayət qədər təcrübəli, eləcə də gənc voleybolçulardan təşkil olunan komanda insaf naminə ilk ildəcə özündən söz etdirə bildi. Həm ölkə çempionatında, həm də Avropada müəyyən uğur qazandı. 
“Xarı Bülbül Şuşa” ötən payız Çelenc Kubokunun 1/32 finalında Slovakiyanın “Spartak” klubunu  hər iki oyunda məğlub etməyi bacardı. “Xarı Bülbül Şuşa” 1/16 final mərhələsində Yunanıstanın “Panatinaikos”la üz-üzə gəlməli idi. Lakin komanda üzvləri noyabrın 21-də Bakıda baş tutacaq ilk qarşılaşmaya çıxmaqdan imtina etdi. 

Səbəbsə çox sadə idi. 

Oyunçular aylardır ki, maaş üzünə həsrət qalmışdı. Çox danışıqdan və bir aylıq maaş ödənişindən sonra komanda yunanlarla görüşə çıxdı. Gözlənildiyi kimi komandamız quru hesabla - 0:3-la rəqibə uduzdu. Beləcə, “Xarı Bülbül Şuşa” klubunun ağır günləri daha da ağırlaşdı. 

Əmək haqqının ödənilməməsi səbəbi ilə klub fəaliyyətində dayandırmaq zorunda qaldı. Bu günlərdə isə klub rəsmi şəkildə fəaliyyətini dayandırdığını elan etdi. 

Xatırladaq ki, kluba bir ara Hacı Nuran prezidentlik etdi. Lakin Hacı kluba sponsor  tapmaq yönündə üzərinə düşən öhdəlikləri yerinə yetirə bilmədiyindən o “Xarı Bülbül Şuşa”nın prezidenti postundan kənarlaşdırıldı. Amma klub üzvləri nə yeni prezident, nə də ki, sponsor tapa bilmədi . 

Beləcə cəmi ilyarımdan sonra klub dağıldı.

Nəzərə alaq ki, belə acı tale yaşayan “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” klubları deyil. Hazırda Azərbaycan çempionatının birinci dvizionunda oynayan “İrəvan” klubu heç də yaxşı tale yaşamır.

2023-cü ilin iyunun 25-də media nümayəndələrini bir araya toplayan “İrəvan” Futbol Klubunun rəhbərliyi yeni yaradılan komandanın məşqçilər korpusunu və futbolçularını ictimaiyyətə təqdim etdi. Məlum oldu ki, klubun prezidenti Zahid Niyazəliyev, klubun idarə heyətinin sədri və 1-ci vitse-prezidenti Zülfüqar Kazımovdur.

İdarə heyətinin üzvləri isə Canbaxış Hüseynov, Alı Alıyev, Həsən Həsənov, Namiq Ramazanov və digərləridir. Müvafiq futbol qurumları ilə razılaşmaya görə “İrəvan” FK 2023-2024-cü futbol mövsümündə Azərbaycan çempionatını birinci divizionunda çıxış etməyə başladı. 

İlk aylar komandanın baş məşqçisi Elburus Məmmədov oldu. Qısa zamandan sonra isə o Nazim Süleymanovla əvəzləndi. Amma çempionatın ilk ayındaca klubda ciddi problemlərin olduğu üzə çıxdı. I Liqada 4 turdan sonra 10 xalla lider olan komanda V turun "İmişli" ilə oyununa çıxmadı. Səbəbsə çox sadə və ənənəvi idi - rəhbərlik oyunçuların və texniki heyətin əmək haqqını verə bilmir. Bu gün “İrəvan” FK özünün qürub dövrünü yaşayır.

Problem nədədir?

Problemin kökü kampaniyaçılıqda və ucuz yollarla “qəhrəman” olmaq istəyindədir. Amma qəhrəmanlığa gedən yolda çox adam fədakarlıq göstərmir. Ən azından bu xalqın hesabına qazandığı milyonlardan heç olmasa 5-10 min manat “qəhrəmanlıq” yolunda xərcləmir. Üstəlik, belələri başqalarından nümunə də götürmək istəmirlər. 

Məsələn, “Qarabağ” FK-nin bütün mərtəbələrində peşəkarlar əyləşib. Onlar tutduqları vəzifənin də məsuliyyətini çox gözəl başa düşürlər. Onlar qəhrəmanlıq üçün lazım olanda şəxsi vəsaitlərindən də keçirlər. Bu gün “Qarabağ” yüz faiz sponsorlar hesabına ayaqda dayanır. Baxmayaraq ki, futbolçular və məşqçi korpusu da əli boş dayanmır.  

Son 10 ildə komanda Avropada uğurlu çıxışı ilə klubun büdcəsinə hər il ən azı 10-15 milyon manat gətirir. Həm də Avropada Qarabağ rüzgarı əsdirir. Lakin “Xarı Bülbül Şuşa” voleybol  və “İrəvan” FK-nın rəhbərliyi görünən qədərilə oxşar təşəbbüsü göstərə bilmədilər. Nəticə isə göz qabağındadır.
Hər klubun daima uğurlu trayektoriya cızması hökm deyil. Hökm odur ki, milli dəyərlər kimlərinsə şəxsi imicinə və şöhrətbazlığına alət edilməsin…

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: “Putin NATO-dan qətiyyən qorxmur”

Tramp: “Putin NATO-dan qətiyyən qorxmur”

Eldar Əzizov Keşlədə sökülən evin yerinə baxış keçirdi - FOTO/VİDEO

Eldar Əzizov Keşlədə sökülən evin yerinə baxış keçirdi - FOTO/VİDEO

Tramp hospitala yerləşdirilib? - Şayiələr internetdə yayılıb

Tramp hospitala yerləşdirilib? - Şayiələr internetdə yayılıb

Overçuk: “Ermənistan Avropa İttifaqına daxil olarsa, Rusiya ilə hava əlaqəsi olmayacaq”

Overçuk: “Ermənistan Avropa İttifaqına daxil olarsa, Rusiya ilə hava əlaqəsi olmayacaq”

"Fənərbağça" son dəqiqələrdə "Beşiktaş"a qalib gəldi - VİDEO

"Fənərbağça" son dəqiqələrdə "Beşiktaş"a qalib gəldi - VİDEO

ABŞ senatoru Trampın İrana nalayiq müraciətini SƏRT TƏNQİD ETDİ

ABŞ senatoru Trampın İrana nalayiq müraciətini SƏRT TƏNQİD ETDİ

Rusiya Hörmüz boğazı yaxınlığında atom sualtı qayığı yerləşdirib?

Rusiya Hörmüz boğazı yaxınlığında atom sualtı qayığı yerləşdirib?

ABŞ hərbçiləri tarixinin ən cəsarətli əməliyyatlarından birini necə həyata keçirib?

ABŞ hərbçiləri tarixinin ən cəsarətli əməliyyatlarından birini necə həyata keçirib?

Kanadada NHL oyunu zamanı qadın arenada uşaq dünyaya gətirdi

Kanadada NHL oyunu zamanı qadın arenada uşaq dünyaya gətirdi

Netanyahu Trampı amerikalı pilotun xilas edilməsi münasibətilə təbrik etdi

Netanyahu Trampı amerikalı pilotun xilas edilməsi münasibətilə təbrik etdi

Hərbi Prokurorluğun qarşısında maşın yandı - FOTO/VİDEO

Hərbi Prokurorluğun qarşısında maşın yandı - FOTO/VİDEO

19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü

19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü

DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Qusar rayonunda son iki gündə yağan güclü yağışların vurduğu ziyan - VİDEO

Qusar rayonunda son iki gündə yağan güclü yağışların vurduğu ziyan - VİDEO

Tramp İrana qarşı ultimatumun vaxtını DƏYİŞDİ: Çərşənbə axşamı, saat 20:00-a qədər...

Tramp İrana qarşı ultimatumun vaxtını DƏYİŞDİ: Çərşənbə axşamı, saat 20:00-a qədər...

Tehran Hörmüz boğazı ilə bağlı şərtini açıqladı

Tehran Hörmüz boğazı ilə bağlı şərtini açıqladı

Kafedra müdiri qəfil vəfat etdi - FOTO

Kafedra müdiri qəfil vəfat etdi - FOTO

Tramp: “Əvvəlcə ehtiyat etdik ki, F-15 pilotundan gələn siqnal pusqudur”

Tramp: “Əvvəlcə ehtiyat etdik ki, F-15 pilotundan gələn siqnal pusqudur”

Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Dəməşqdə Türkiyə, Ukrayna və Suriya XİN başçılarının üçtərəfli görüşü keçirilib

Dəməşqdə Türkiyə, Ukrayna və Suriya XİN başçılarının üçtərəfli görüşü keçirilib

Sabahkı hava onlarda narahatçılıq yaradacaq

Sabahkı hava onlarda narahatçılıq yaradacaq

Keşlədə kollektorda qəzaya səbəb olan ev sökülür - VİDEO

Keşlədə kollektorda qəzaya səbəb olan ev sökülür - VİDEO

Lavrov Əraqçiyə ZƏNG ETDİ

Lavrov Əraqçiyə ZƏNG ETDİ

Yevlaxda 16 yaşlı gənci “tok” vurdu

Yevlaxda 16 yaşlı gənci “tok” vurdu

End of content

No more pages to load

RADİO