Joze Mourinyonun agenti Jorje Mendeş portuqaliyalı mütəxəssisin gələcəyindən danışıb.
Bizim.Media xəbər verir ki, o, "Record"a açıqlamasında deyib: “Əlbəttə, Jozenin təqdimata ehtiyacı yoxdur.
Onun qazandığı titullar öz sözünü deyir. Mourinyo təkcə məşqçi deyil. Joze yeni klub tapmaqda heç vaxt problem yaşamayacaq, o, xüsusi mütəxəssisdir.
Səudiyyə Ərəbistanından komandalar maraqlanır? Düzdür, bir neçə ay əvvəl Mourinyonun bu ölkədə işləmək imkanı var idi. O, “Roma”da qalmaq istədiyi üçün bu fikrindən əl çəkdi”.
Xatırladaq ki, Mourinyo yanvarın 16-da "Roma"da istefaya göndərilib.
Bizim.Media