“Şamaxı” mövsümün ikinci yarısı üçün heyətini gücləndirməyə davam edir.
Bizim.Media xəbər verir ki, sözügedən klub növbəti transferini reallaşdırıb. Müdafiəçi Arsen Ağcabəyov mövsümün sonuna qədər bu komandada çıxış edəcək.
Xatırladaq ki, I Liqa klubu daha öncə Roman Hüseynov, Bəhruz Teymurov və Səbayıl Bağırovu heyətinə qatıb.
Rəşad Rafiqoğlu, Bizim.Media