İspaniya çempionatının 30-cu turunun mərkəzi oyununda “Real Madrid” Kataloniyanın “Barselona”sı ilə qarşılaşacaq.
Bizim.Media xəbər verir ki, bukmekerlər katalonların qələbəsini 2.30 əmsalı ilə qiymətləndirirlər.
"Kral Klubu" nun qələbəsi 2.80, bərabərlik isə 3.80 əmsalı alıb.
Oyun 10 aprel tarixində Madriddə keçiriləcək və Bakı vaxtı ilə saat 23: 00-da başlayacaq.
29-cu turdan sonra 65 xalla “Barcelona” ikinci yerdədir. “Real” 2 xal az yığıb. Lider “Atletiko Madrid” 66 xal toplayıb.
Bizim.Media