“Neftçi” yaxın vaxtlarda yeni əcnəbi futbolçu ilə müqavilə imzalaya bilər.
Bizim.Media Bolqarıstanın “Тема Спорт” saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi kolumbiyalı hücumçu Brayan Moreno ilə müqavilə imzalayacaq.
Bolqarıstan mətbuatının yazdığına görə, futbolçu artıq dünən axşam saatlarında Bakıya uçub. 25 yaşlı hücumçunun son dəfə Bolqarıstanın ÇSKA (Sofiya) klubunda oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media