"Neftçi"nin Alfa Konteni transfer etmək üçün Plovdiv "Lokomotiv"inə nə qədər təzminat ödədiyi məlum olub.
Bizim.Media "gong.bg" saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi 23 yaşlı yarımmüdafiəçi üçün Bolqarıstan klubuna 150 min avro ödəyib.
Qeyd edək ki, "Neftçi" Syerra-Leone milli komandasının üzvü olan Alfa Konte ilə 3,5 illik müqavilə imzalayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media