Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Dəmirspor"un yeni baş məşqçisi bəlli olub.
Bizim.Media Superliqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandanı Hikmət Karaman çalışdıracaq.
Onunla 1.5 illik müqavilə imzalanıb. O, bu vəzifədə Patrik Klyuverti əvəz edib. 63 yaşlı məşqçinin son klubu 2022-ci ildə "Kayserispor" olub.
Bizim.Media