Türkiyənin "Beşiktaş" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirmək istəyir.
Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi "Nyukasl"ın kapitanı Camal Lassellsi heyətinə qatmağı planlaşdırır. Bu barədə yerli media məlumat yayıb.
"Qara qartallar" 30 yaşlı mərkəz müdafiəçisi üçün Premyer Liqa klubuna rəsmi təklif göndərib.
Qeyd edək ki, "Nyukasl" Camal Lassellsi 2015-ci ilin yayında "Nottingem Forest"dən transfer edib. İngiltərəli futbolçu bu mövsüm "sağsağanlar"ın heyətində meydana çıxdığı 22 rəsmi matçda 1 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media