"Qarabağ"ın müdafiəçisi Rahil Məmmədov komandanın sıralarını tərk etməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin də üzvü olan Məmmədov legioner həyatı yaşamağa yaxındır.
Belə ki, Polşanın "LKS Lods" klubu onu transfer etməkdə çox israrlıdır.
Artıq tərəflər arasında danışıqlar yekunlaşıb və müsbət nəticə əldə edilib. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, 2018-ci ildən "Qarabağ"ın uğurları üçün çalışan Rahil Məmmədovun "köhlən atlar"la müqaviləsi "2024"ün 30 iyununda başa çatır.
Rəşad Rafiqoğlu, Bizim.Media