"Səbail" ilk qış transferini reallaşdırıb.
Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisi Ayub Timbe Masika ilə müqavilə imzalayıb.
Keniya millisinin üzvü olan 32 yaşlı futbolçu karyerasının böyük hissəsini Belçikada keçirib.
2011-2017-ci illər ərzində "Genk" və "Lyers"də forma geyinən Masike Yaponiya ("Vissela Kobe") və Tailand ("Burriram Yunayted") çempionatlarında da çıxış edib. Onun son klubu "Nanyinq Siti" (Çin) olub. Əsasən sol cinah yarımmüdafiəçisi mövqeyində çıxış edən milli üzvü, eyni zamanda sağ cinah yarımmüdafiəçisi və mərkəz hücumçusu kimi də oynamağı bacarır.
Qeyd edək ki, müqavilə 1,5 il müddətinə imzalanıb.
Rəşad Rafiqoğlu, Bizim.Media