Rusiyalı futbolçu Anton Mirançuk karyerasını Türkiyədə davam etdirə bilər.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, “Beşiktaş”la ilkin razılığa gəlib.
Mirançuk “Lokomotiv”in yeni müqavilə təklifindən imtina edib. Yeni müqavilənin şərtlərinə görə, onun maaşının 2,4 milyon avrodan 1,2 milyona kimi azaldılması nəzərdə tutulmuşdu.
“Beşiktaş”dan 3 milyon avro məvacib tələb edən Antonla danışıqlar davam edir. Türkiyəlilər bu rəqəmin yüksək olduğunu bildirsələr də, tərəflər arasında razılaşmanın əksər detallarında ortaq məxrəcə gəliblər.
Qeyd edək ki, 2023/2024 mövsümündə Mirançuk “Lokomotiv”in heyətində 24 oyunda 4 qol və 5 ötürmə ilə yadda qalıb. Onun Moskva klubu ilə müqaviləsi yayda bitəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media