Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda iştirak edəcək ölkələrin sayı dəqiqləşib.
Bizim.Media xəbər verir ki, fevralın 23-dən 25-dək davam edəcək yarışa 33 ölkə qatılacaq.
Dünya Kubokunda Türkiyə, ABŞ, Böyük Britaniya, Yaponiya, Fransa, Almaniya, İspaniya, Meksika, Çin və digər ölkələrin təcrübəli gimnastları bacarıqlarını nümayiş etdirəcəklər. Yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.
Qeyd edək ki, Azərbaycan gimnastı Selcan Maqsudovanın Olimpiadaya düşmək şansı yüksəkdir.
Rəşad Rafiqoğlu, Bizim.Media