"Fənərbağça" futbolçusu Umut Nayiri icarəyə verib.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, hücumçu bu mövsümün sonuna qədər digər Superliqa təmsilçisi "Pendikspor"da oynayacaq.
Qeyd edək ki, U.Nayir ötən il "Fənərbağça"ya transfer olunub. O, bu mövsüm ümumilikdə 13 oyunda meydana çıxıb.
Bizim.Media