"Ölkədə fəaliyyət göstərən 50 metr uzunluğa malik 4 hovuzdan biri Quba Olimpiya İdman Kompleksindədir. Bu kompleks ilin ən aktiv idman obyekti seçilib".
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu sözləri Qubanın idman paytaxtı seçilməsi ilə bağlı rayonda keçirilən açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində gənclər və idman naziri Fərid Qayıbov deyib.
Onun sözlərinə görə, Qubada bu il müxtəlif idman tədbirləri və məşqlərlə yanaşı, beynəlxalq yarışlar da keçiriləcək.
Qeyd edək ki, açılış mərasimində 20-dən çox idman federasiyasının nümayəndələri iştirak edib.





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu