Türkiyənin “Antalyaspor” klubunun israilli futbolçusu Saqiv Jehezkel tutulub.
Bizim.Media "Haber Global" telekanalına istinadən xəbər verir ki, futbolçu “Antalyaspor”-“Trabzonspor” matçında qol vurduqdan sonra etdiyi əl hərəkətinə görə heyətdən kənarlaşdırılıb, sonra isə nəzarətə götürülüb.
Xatırladaq ki, o, qol sevincini qeyd edərkən qolundakı sarğıda olan yazıları ekranlara göstərib.
Yazıda İsrail-Fələstin qarşıdurmasının başlanma tarixi olan “7 oktyabr, 100-cü gün” və İsrail bayrağını simvolizə edən işarələr olub.

Bizim.Media