Bolqarıstanın “Lokomotiv” Plovdiv klubunun futbolçusu Azərbaycan çempionatında oynayacaq. Söhbət Syerro Leonedən olan Alfa Kontedən gedir.
Bizim.Media Tema Sport portalına istinadən xəbər verir ki, “Lokomotiv” Azərbaycan klublarından biri ilə legionerin satışı ilə bağlı razılıq əldə edib.
Bolqarıstan təmsilçisi Alfa Konteyə görə təxminən 400 min avroya yaxın vəsait əldə edəcək.
Qeyd edək ki, daha öncə “Neftçi”nin adıçəkilən futbolçu ilə maraqlandığı ilə bağlı xəbərlər yayılmışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media