“Qarabağ”ın legioneri Leandro Andradeyə xarici klubların marağı artmaqdadır.
Bizim.Media xəbər verir ki, son olaraq Çinin “Şanxay Şenxua” klubu futbolçunu heyətə qatmaq üçün Ağdam klubuna müraciət edib.
Onlar ilkin olaraq Kapo Verdeli oyunçu üçün 2,5 milyon avro təklif ediblər. Ancaq “Qarabağ” yarımmüdafiəçini 3 milyondan aşağı qiymətə satmayacağını bildirib.
Çin klubu Andradeni alıb-almayacağı ilə bağlı son qərarı yaxın günlərdə verəcək. Qeyd edək ki, Leandro Andradenin “Qarabağ”la 2025-ci ilin yayına qədər müqaviləsi var.
Rəşad Rafiqoğlu, Bizim.Media