Mövsümün ikinci yarısına hazırlığını Qəbələdə davam etdirən “Araz Naxçıvan” yeni futbolçu ilə anlaşmağa yaxındır.
Bizim.Media xəbər verir ki, “Neftçi”nin sabiq futbolçusu Ramin Nəsirli Naxçıvan təmsilçisi ilə razılıq əldə edib.
Onunla mövsümün sonuna qədər müqavilə bağlanacaq. Ancaq tərəflərin istəklərinə uyğun olaraq müqavilə daha 1 il uzadıla bilər.
Qeyd edək ki, Ramin Nəsirli son olaraq Latviyanın “Dauqavpils” klubunda çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media