"Sabah" Türkiyədə təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoldaşlıq görüşünü keçirəcək.
Bizim.Media xəbər verir ki, Murad Musayevin rəhbərlik etdiyi kollektiv Ukraynanın “Vorskla” klubu ilə qarşılaşacaq.
Matça Bakı vaxtı ilə saat 18:00-da start veriləcək. Masazır təmsilçisi Türkiyədəki ilk görüşündə Rumıniyanın "Rapid" klubuna 2:1 hesabı ilə qalib gəlib.
Rəşad Rafiqoğlu, Bizim.Media