Türkiyə Superliqasında 20-ci turun 5 oyunu keçirilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan yaığmasının üzvləri turu qələbəsiz başa vurublar.
Renat Dadaşovun çıxış etdiyi “Hatayspor” öz meydanında, Şahruddin Məhəmmədəliyevin komandası “Adana Dəmirspor” isə səfərdə xal itirib.
“Beşiktaş” ardıcıl ikinci oyunda qələbə qazanıb. İstanbul klubu yeni baş məşqçi Fernando Santuşun ilk rəsmi matçında “Fatih Karagümrük”ü məğlub edib. “Qara qartallar” fasilədən sonra 3 qol vurublar. Bu qələbədən sonra İstanbul klubu 35 xalla 4-cü pilləyə yüksəlib.
Türkiyə Superliqası
20-ci tur
Ankaragücü – Kasımpaşa – 3:1
Hatayspor – Pendikspor – 1:1
Başakşəhər – Alanyaspor – 3:2
Rizəspor – Adana Dəmirspor – 1:0
Beşiktaş – Karagümrük – 3:0
Rəşad Rafiqoğlu, Bizim.Media