"Barselona"nın baş məşqçisi Xavi yanvarın İspaniya Superkubokunun finalında "Real"a qarşı keçirləcəkləri matç haqqında fikirlərini bölüşüb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis deyib:
"Hiss edirəm ki, "Barselona" gücləndikcə "Real" da güclənir. Mən baş məşqçi təyin ediləndən bəri hər hansı titul uğrunda mübarizə aparırıqsa, "Real"la üz-üzə gəlməli oluruq. Yekunda isə mümükün mükafatları onlarla bölürük. Ötən il iki titul qazanmışdıq. Bu mövsüm də hədəfimiz titullardır".
Xatırladaq ki, İspaniya Superkubokunun finalı sabah Səudiyyə Ərəbistanında keçiriləcək.
Bizim.Media