İngiltərə Premyer Liqasında dekabrın ən yaxşı futbolçusu müəyyənləşib.
Bizim.Media xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.
Ayın ən yaxşısı "Bornmut"un hücumçusu Dominik Solanke olub.
Forvard ötən ay Premyer Liqada 6 matçda 6 qol vurub.
Qeyd edək ki, Solanke "Bornmut"un tarixində bu mükafata layiq görülən ilk futbolçudur.
Bizim.Media