Mehdi Hüseynzadə adına şəhər stadionu uzun fasilədən sonra ilk dəfə Azərbaycan çempionatının oyununa ev sahibliyi edəcək.
Bizim.Media xəbər verir ki, bu, Premyer Liqanın XXI turunda gerçəkləşəcək.
Belə ki, “Sumqayıt” – “Neftçi” matçı “Gənclik şəhəri”nin ən böyük idman qurğusunda keçiriləcək. Arenada aparılan təmirdən sonrakı ilk matç fevralın 4-də baş tutacaq. Qarşılaşma saat 15:00-da başlayacaq.
Qeyd edək ki, “Sumqayıt” bunadək uzun müddət ev oyunlarını “Kapital Bank Arena”da keçirib.
Rəşad Rafiqoğlu, Bizim.Media